KARA ORDUSU
KARA YAZI
OBASTAN VİKİ
Kara
Kara — qızlardan ibarət Koreya musiqi qrupudur. Girls Generation musiqi qrupu 5 üzvdən ibarətdir. Qrup 2007-ci ildə qurulub.
Sevda
Sevda — qadın adı və təxəllüs. Sevda Abdullayeva — azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru. Sevda Ağazadə — azərbaycanlı televiziya aparıcısı, ssenarist, diktor, redaktor. Sevda Cəfərova — azərbaycanlı həkim-pediatr, reanimatoloq, neontaloq, tibb elmləri üzrə fəlsəfə doktoru. Sevda Dəmirəl — türkiyəli model və kinoaktrisa. Sevda Həsənova — azərbaycanlı jurnalist. Sevda Mikayılova — azərbaycanlı filoloq, şairə. Sevda Məmmədəliyeva — azərbaycanlı alim, fəlsəfə elmləri doktoru, professor, əməkdar incəsənət xadimi, AMEA-nın müxbir üzvü. Sevda Qarayeva — azərbaycanlı güləşçi. Sevda Qurbanəliyeva — azərbaycanlı alim, sənətşünaslıq doktoru, professor.
Kara-Kul
Kara-Kul ya da Qara-Göl (qırğız dilində:Кара-Көл) — Qırğızıstanın Cəlalabad vilayətində şəhər. Qırğız dilindən tərcümədə "Kara" - qara, "Kul" - göl sözlərindən yaranaraq "Qara göl" mənasında izah olunur. == Əhalisi == 2009-cu ildə Qırğızıstanda aparılmış əhalinin siyahıya alınmasına görə şəhərin əhalisi 22 502 nəfərdir. Onlardan 21 217 nəfərini (94,3 %) qırğızlar, 771 nəfərini (3,4 %) ruslar, 143 nəfərini (0,7 %) özbəklər, 141 nəfərini (0,7 %) tatarlar təşkil edirlər . == Coğrafiyası == Kara-Kul şəhəri Narın çayının Kara Suu çayına töküldüyü yerin yaxınlığında, Bişkek - Oş avtomobil yolu üzərində, Taş-Kumır dəmiryol stansiyasından (Uçkurqan dəmiryol xəttinin son stansiyası) 78 km aralıda yerləşir. == Tarixi == Kara-Kul şəhəri 16 iyun 1962-ci ildə Orta Asiyada ən iri su elektrik stansiyası olan Toktoqul SES-nın inşası ilə əlaqədar yaşayış qəsəbəsi kimi meydana gəlmişdir . 26 oktyabr 1962-ci ildə Qırğızıstan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fərmanına əsasən Kara-Kul şəhər tipli yaşayış məntəqəsi yaradıldı. Qırğızıstan SSR Ali Sovetinin Rəyasət Heyətinin 7 yanvar 1977-ci il tarixli Fərmannı ilə Kara-Kul qəsəbəsinə vilayət tabeli şəhər statusu verildi. == Coğrafiyası == Şimaldan və cənubdan şəhər hündür dağlarla əhatə olunmuşdur. Şəhərdə balıqçılıq təsərrüfatlarına aid su anbarları, 3 süni göl vardır.Kara-Kul şəhərinin yaxınlığında Toktoqul SES-nın istinad divarları yerləşir.
Kara-angolam
Alangium (lat. Alangium) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinə aid bitki cinsi.
Kara (albom)
Kara - Türk müğənni və bəstəkarı Soner Sarıkabadayının debut albomu. == Albom haqqında == 2010-cu ildə Buz adlı mahnısı ilə hitə çevrilən və ən əsası onu tanıtdıran Soner Sarıkabadayının ilk albomu Kara ifaçı üçün musiqi karyerasına bir başlanğıc olub. İfaçının Kara albomunu dinləyəndə tanıdığınız klassik pop albomlarından fərqli olduğunu anlaya bilərsiniz. Albomda 10 mahnı və 3 sound mix yer alıb. Albomun prodüserliyi Naci Bayşu, digər təşkilat işləri Mehmet Çelik və Gökhan Turan tərəfindən aparılmışdır. Gün Doğmaz, Yanıyorum, Arama, Alev Alev, Yalan Değil, Adalatin albomun seçilən mahnılarındandır. Kara albomuna adını verən və klip çəkilən mahnı həm də çıxış sinqlıdır. Albom 2001-ci ildə Bay Müzik etiketi ilə yayımlansa da 2010-cu ildə Esen Müzik etiketi ilə yenidən CD şəklində satışa çıxarılmışdır.
Kara Bono
Kara Bono (ing. Cara Buono; 1 mart 1974 və ya 1 mart 1971, Bronks, Nyu-York ştatı) — amerikalı aktrisa. Əsasən Qəribə şeylər (2016-cı ildən) serialı və Halk (2003) filmi ilə tanınır. == Həyatı və təhsili == Bono 1 mart 1974-cü ildə Nyu-York şəhərinin Bronks bölgəsində italyan ailədə dünyaya gəlmişdir. İki qardaşı və bir bacısı var. Bono Forelle Laquardiya tam orta məktəbində təhsilini almışdır. Daha sonra isə Kolumbiya Universitetində ingilis dilində siyasət ixtisasında bakalavr təhsili almışdır. Bakalavr diplomunu üç ildə əldə etmişdir. == Karyerası == Bono ilk aktrisalıq təcrübəsini 12 yaşında "Kabus ev" tamaşasında yaşamışdır. Bono film karyerasına Etan Hok və Ceremi Ayrons ilə brilikdə "Su ölkəsi" filmində başlamışdır.
Kara dənizi
Kara dənizi (rus. Карское море) — Şimal Buzlu okeanın ucqar dənizi. Dənizin adı hövzəsinə aid olan Kara çayının adından götürülüb. Öz növbəsində, çayın adı da alman əsilli Karanın adıyla bağlıdır. == Fiziki-coğrafi vəziyyət == Dəniz Avrasiyanın şimal sahiliylə və adalarla - Yeni Torpaq, Frans-İosif Torpağı, Şimal Torpağı, Heyberq adaları ilə əhatə olunub. Dənizin şelf qatında çoxlu adalar vardır. Dənizin orta dərinliyi 50 — 100 metr arasında dəyişir, ən dərin yeri 620 metrdir. Sahəsi 893 400 km²-dir. Dənizə çoxlu çay tökülür: Ob, Yenisey və s. Buna görə duzluluq əhəmiyyətli dərəcədə dəyişilir.
Rasim Kara
Rasim Kara (d. 10 iyun 1950, Əskişəhər) — Çərkəz əsilli Türkiyə milli futbol komandasının keçmiş qapıçısı və məşqçisidir. == Karyera == === Futbol karyerası === Rasim Kara " Beşiktaş "a həm futbolçu, həm də məşqçi kimi xidmət edən nadir adlardandır. ==== Bursaspor ==== Futbola Eskişehir Işıksporda qapıçı olaraq başlayan Kara, Uşakspor'dan Bursaspora transfer oldu. Oradan Türkiyə milli futbol komandasına yüksəldi. 1972–73 mövsümündə Osman Uçanerin ehtiyat oyunçusu kimi heyətə daxil olan Kara, 1972-ci il oktyabrın 15-də Mersin İdman Yurdu ilə oynanan liqa matçında matçında debüt etdi. Növbəti mövsümdə Bursaspor Türkiyə Kubokunun sahibi oldu. 1974–75 mövsümü Karanın özünü göstərdiyi mövsüm idi. O, bir kubok matçından başqa bütün matçlarda "Bursaspor"un qapısını qoruyub. UEFA Kubok Qalibləri Kubokunun 1/4 final mərhələsində çıxış edən komandanın 6 oyununda meydana çıxan Kara bu qarşılaşmaların yarısında qol buraxmayıb.
Sevda Abdullayeva
== Həyatı == Sevda Həsən qızı Abdullayeva 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1975-ci ildə Bakıda fizika-riyaziyyat elmləri namizədi, 1983-cü ildə Moskvada fizika-riyaziyyat elmləri doktoru adına layiq görülmüşdür. 1982-1996-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetində professor vəzifəsində, 1994-1997-ci illərdə İndiana Universitetində (ABŞ) professor vəzifəsində çalışmışdır. 1997-ci ildən indiyədək Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun "Bionanostrukturlar fizikası" laboratoriyasının rəhbəri vəzifəsində çalışır. 2009-cu ildən indiyədək Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi nəzdində Yüksək Texnologiyalar Üzrə Tədqiqat Mərkəzinin direktoru vəzifəsini icra edir. J.Alfyorov adına Beynəlxalq təhsil və elm fondunun Azərbaycan filialının rəhbəridir. "Yarımkeçiricilər və dielektriklər fizikası" ixtisası üzrə 10 fəlsəfə doktoruna rəhbərlik etmişdir və 1 elmlər doktorunun məsləhətçisi olmuşdur. Beynəlxalq və respublika elmi jurnallarında 200-dən artıq məqaləsi (133-ü xaricdə) və bir kitabı nəşr olunmuşdur. Onlardan 65-i impakt faktorlu jurnallarda çap olunub.
Sevda Axundova
Sevda Ağazadə
Sevda Ağazadə (6 sentyabr 1958, Bakı) — Televiziya aparıcısı. Ssenari müəllifi, AzTV-nin keçmiş diktoru, hazırda bu telekanalın "Telefilm" yaradıcılıq birliyində aparıcı redaktor. == Həyatı == 1958-ci ilin sentyabr ayının 6-da Bakıda anadan olmuşdur. 7 yaşına qədər Balaxanıda yaşamışdır. Sonra təhsilini Xətai rayonu 56 nömrəli məktəbdə davam etdirmişdir. Orta məktəbi 1975-ci ildə qızıl medalla bitirib indiki Dövlət Neft Akademiyasına daxil olmuşdur. Anası, dayısı, qardaşı, bacısı və oğlu da oranı bitirmişlər. Ali məktəbi bitirəndən sonra Milli Elmlər Akademiyasının Energetika İnstitutuna mühəndis-proqramçı kimi işə götürülmüşdür. Orada 5 il işləmişdir. Sonra eşidir ki, AzTV-də müsabiqə var, müsabiqədə iştirak edir və radioda işə düzəlir.
Sevda Cəfərova
Sevda Dəmirəl
Sevda Dəmirəl (türk. Sevda Demirel) — məşhur Türkiyəli model və kino aktrisa. == Həyatı == == Filmoqrafiya == Hiç Bana Sordun mu? (1997) Altın Vuruş (1998) Tutku Suçları (2000) Otostop (1996) Tatlı Kaçıklar (1996) Bay E (1995) === TV Serialları === == Xarici keçidlər == "Emniyet'te 'Sevda' soruşturması" (türk). sabah.com.tr. 1997-07-08. 2018-01-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-30. "Emniyette `Sevda' depremi" (türk). milliyet.com.tr.
Sevda Hüseynova
Sevda Həsənova
Sevda Həsənova — ANS-ÇM Yayım və Media Şirkətinin Baş direktoru. == Həyatı == Sevda Həsənova 8 avqust 1970-ci ildə Mingəçevir şəhərində anadan olub. 1988-ci ildə Şuşa Mədəni-Maarif Texnikumunu, 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu, daha sonra Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1994–2006-cı illərdə ANS-ÇM Radiosu və ANS TV-də müxtəlif vəzifələrdə çalışıb. 2006-cı ildə ANS-Press Nəşriyyat Evinin "Hesabat" jurnalında xüsusi icmalçısı, 2007-ci ildə www.anspress.com internet portalında Azərbaycan bölməsinin redaktoru olub. 2007–2009-cu illərdə ANS-Press Nəşriyyat Evinin prezidenti olub. 2008-ci ilin sentyabr ayından 2009-cu ilin iyun ayınadək ANS Müstəqil Yayım və Media Şirkətində (ANS-TV) "Daha Doğrusu" verilişinin aparıcısı işləyibdir. 2009-cu ilin oktyabr ayından ANS-ÇM Yayım və Media Şirkətinin Baş Direktoru olub. 2011-ci ilin yanvarından ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV) Baş direktoru olub. 2012-ci ilin noyabrından ANS TV-nin Proqram Departamentinin rəhbəri olub.
Sevda Mikayılova
Sevda Məmmədəliyeva
Sevda Yusif qızı Məmmədəliyeva (14 noyabr 1946, Bakı) — Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini (1999-2023), alim, fəlsəfə elmləri doktoru, professor, əməkdar incəsənət xadimi, AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Sevda Yusif qızı Məmmədəliyeva 1946-cı il noyabrın 14-də Bakı şəhərində akademik ailəsində anadan olmuşdur. 1962-ci ildə Bakı şəhər 6 saylı orta məktəbi eksternat qaydası ilə və Bakı şəhər 2 saylı Uşaq Musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olmuş, 1967-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasına daxil olaraq elmi fəaliyyətə başlamışdır. Namizədlik disertasiyasını müdafiə etdikdən sonra 1970–1983-cü illərdə AMEA-nın elmi-tədqiqat institutlarında əvvəl kiçik elmi işçi, sonradan böyük elmi işçi vəzifələrində çalışmışdır. Bu illərdə S.Məmmədəliyeva böyük elmi işçi (1974) və dosent (1983) elmi adlarına yiyələnmişdir. S.Məmmədəliyeva 1983-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində pedaqoji fəaliyyətə başlayaraq, ardıcıl olaraq dosent, professor, kafedra müdiri vəzifələrində işləyir. 1987-ci ildə S.Məmmədəliyeva Azərbaycan Respublikası Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda bir illik stajirovka keçir. 1994-cü ilin yanvar ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun İxtisaslaşdırılmış elmi şurasında 090011 – "Sosial fəlsəfə" ixtisası üzrə doktorluq dissertasiyasını uğurla müdafiə edir və fəlsəfə elmləri doktoru elmi dərəcəsi alır (1994). 1996-cı ildə elm, mədəniyyət və təhsil sahəsində xidmətlərinə görə S.Məmmədəliyeva "Bilik" Azərbaycan Maarif Cəmiyyətinin medalı ilə təltif olunaraq akademik Yusuf Məmmədəliyev adına mükafatın laureatı olur.
Sevda Qurbanəliyeva
Qurbanəliyeva Sevda Firudin qızı (d. 13.11.1960, Gəncə) — Azərbaycan alimi, sənətşünaslıq doktoru (1995), professor (1996). == Həyatı == Sevda Qurbanəliyeva 1960-cı ilin noyabrında Gəncədə anadan olub. 1979-cu ildə Q.Hüseynli adına orta ixtisas məktəbini, 1984-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsini bitirib. O, 1989-cu ildə "Musiqi sənəti" ixtisası üzrə namizədlik dissertasiyasını, 1995-ci ildə P.İ.Çaykovski adına Kiyev Dövlət Konservatoriyası nəzdində fəaliyyət göstərən, dünya miqyasında tanınmış alimlərdən ibarət ixtisaslaşdırılmış Müdafiə Şurasında doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək beynəlxalq aləmdə Azərbaycan mədəniyyətini yüksək səviyyədə təqdim və təbliğ etmişdir. Ona 1996-cı ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı verilib. 1984-1990-cı illərdə Gəncə şəhəri Q.Hüseynli adına Musiqi Texnikumunda müəllim işləmiş, ictimai əsaslarla Musiqi Texnikumunda gənclər təşkilatına rəhbərlik edib. 1984-cü ildən Gəncə Dövlət Universitetində müəllim, dosent, onun təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə yaradılmış musiqi fənləri kafedrasının müdiri, 1996-cı ildə professor vəzifəsinə seçilmiş və hazırda həmin kafedraya və ictimai əsaslarla GDU-nun tələbə yaradıcılıq kollektivlərinə uğurla rəhbərlik edir, universitet Elmi Şurasının üzvüdür. 2002-ci ildən Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının üzvüdür. 2011-ci ildən AMEA-nın Gəncə Regional Elmi Mərkəzində "Sənətşünaslıq" şöbəsinə rəhbərlik edir.
Sevda Süleymanova
Sevda Süleymanova (tam adı: Sevda Yunis qızı Süleymanova) — tarix elmləri doktoru, professor, Bakı Dövlət Universitetində elmi işlər üzrə dekan müavini. == Həyatı == Sevda Süleymanova 1954-cü il yanvarın 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Burada 199 saylı orta məktəbi bitirdikdən (1961-1971) sonra Azərbaycan Dövlət Universitetində (1971-1976) təhsil almışdır. == Elmi fəaliyyəti == Sevda Süleymanovanın elmi fəaliyyəti kommunist partiyası və sovet totalitar rejimindən müstəqil Azərbaycana keçid zamanı tarixçi alimlərin qarşılaşdığı kəskin kontrastı əks etdirir. Belə ki, o, “Azərbaycan Kommunist Partiyasının ilk partiya təşkilatlarının rolunu artırmaq sahəsində fəaliyyəti (1976-1980-cı illər)”mövzusunda namizədlik disertasiyasını 1990-cı ildə müdafiə etmişdir. Burada Sevda xanım mümkün olduğu dərəcədə obyektiv olmağa çalışmışdır.Artıq müstəqil Azərbaycan şəraitində Sevda Süleymanova “Azərbaycanda ictimai-siyasi hərəkatın yaranması və inkişafı (XIX əsrin sonu ХХ əsrin əvvəli)”, mövzusunda doktorluq disertasiyasını 2003-ci ildə müdafiə etmişdir. Həmin ildə Bakıda “Azərbaycan Xalq Cumhuriyyəti tarixinin aktual problemləri” mövzusunda beynəlxalq Elmi Sessiyada “Bakının azad edilməsinə dair” məruzə ilə çıxış etmişdir. Yenə 2003-ci ildə “Vektor” beynəlxalq elmi mərkəzi tərəfindən “XXI əsrin tanınmış xanımı”, 2006-cı ildə isə “XXI əsrin Azərbaycan ziyalıları” beynəlxalq diplomları ilə təltif olunmuşdur. 2007-ci ildən Azərbaycan kütləvi informasiya işçilərinin həmkarlar ittifaqının “Qızıl qələm” fəxri media mükafatı laureatıdır. 17-21 iyun 2008-ci ildə “Qadınlar və İctimai sfera” mövzusunda beynəlxalq konfransda, 13-14 sentyabrda isə “Azərbaycan dövlətçilik ənənələrinin tarixi” mövzusunda Azərbaycan xalq Cumhuriyyətinin qurulması və bakının azad edilməsinin 90 illiyinə həsr olunmuş beynəlxalq simpoziumda iştirak etmişdir.
Sevda Tahirli
Sevda Tahirli (tam adı: Tahirli Sevda Məmmədsəlim qızı) — bioloq, biologiya üzrə fəlsəfə doktoru, dosent. Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidentidir. == Təhsili və elmi fəaliyyəti == 1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1984–1987-ci illərdə botanika inistutunda doktorantura təhsili almışdır. 1987–1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunda çalışmışdır. 1989-cu ildən Bakı Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında işləyir. Əsas tədqiqat sahəsi stress faktoru kimi ozonun bitkinin morfo-fizioloji göstəricilərinə təsiri ilə əlaqədardır. 4 kitabın (həmçinin ali məktəb dərslikləri), 1 monoqrafiya, metodik vəsait və dərs proqramları, onlarla elmi məqalələrin, publisistik yazıların müəllifidir. Beynəlxalq simpozium və konfransların iştirakçısıdır. Sevda Tahirli Mirzə Ələkbər Sabirin nəvəsidir, 2 övladı var.
Sevda Vəliyeva
Sevda Rasim qızı Vəliyeva (27 dekabr 1997; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Sevda Vəliyeva 1997-ci il dekabrın 27-də Bakı şəhərində anadan olub. == Karyerası == Sevda Vəliyeva 2017-ci ilin mayında IV İslam Həmrəyliyi Oyunlarında mübarizə apardı. Final görüşündə Afaq Sultanovaya məğlub olan Sevda Vəliyeva, turniri gümüş medalla başa vurdu. Daha sonra Uolsoll şəhərində (Birləşmiş Krallıq) baş tutan Avropa Çempionatında Sevda Vəliyeva, bütün rəqibləri üzərində qələbə qazandı və turnirin qalibi oldu. Sevda Vəliyeva 2018-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Dünya Çempionatında fərdi turnirdə uğursuz mübarizə apardı. Komanda turnirini isə Sevda Vəliyeva bürünc medalla başa vurdu. 2019-cu ildə Qran-Prinin qalibi olan Sevda Vəliyeva, Genuya şəhərində (İtaliya) baş tutan Avropa Çempionatının final görüşündə məğlub oldu və gümüş medala sahib oldu. 2021-ci ildə növbəti dəfə Qran-Pri turnirinin qalibi olan Sevda Vəliyeva, il ərzində beynəlxalq turnirlərdə topladığı reytinq xalları hesabına Paralimpiya Oyunlarına vəsiqə qazandı.
Sevda Yahyayeva
Sevda Eldar qızı Yahyayeva (28 dekabr 1985, Konstantinov rayonu[d], Amur vilayəti) — azərbaycanlı estrada müğənnisi. == Həyatı == Sevda Yahyayeva 1985-ci il dekabrın 28-də Rusiyanın Amur vilayətinin Konstantinov rayonunda hərbçi ailəsində anadan olmuşdur. Orta təhsilini Azərbaycanın Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə almışdır. Orta təhsil aldığı zaman 1995-ci ildə Qobu 1 saylı musiqi məktəbinin fortepiano bölməsinə daxil olmuşdur. Ali təhsil almaq üçün Azərbaycan Milli Konservatoriyasının solo və xanəndəlik (muğam) fakültəsinə daxil olmuş və hazırda təhsilini davam etdirir. === Şəxsi həyatı === Müğənni 2020-ci ildə Zakir Bayramov adlı şəxslə ailə həyatı qurmuşdur. == Karyerası == 1998-ci ildə ilk dəfə efirə Azərbaycan Televiziyasında yayımlanan "İstedad sorağı" verilişində çıxmışdır. 2002-ci ildə Lalə qızlar ansamblına daxil olmuş və ilk müəlliməsi Azərbaycan Respublikasının xalq artisti Ceyran Haşımova olmuşdur. 2005-ci ildə Azad Azərbaycan telekanalında yayımlanan "Yeni ulduz" müsabiqəsinə qatılmış və müsabiqəni 3-cü yerdə uğurla başa vurmuşdur. 2007-ci ildə ilk bəstəkar mahnısı - sözləri Leyli və musiqisi Pərviz Mahmudova məxsus olan "O zaman" adlı mahnısıyla gündəmə gəlmişdir.
Sevda Yəhyayeva
Sevda Eldar qızı Yahyayeva (28 dekabr 1985, Konstantinov rayonu[d], Amur vilayəti) — azərbaycanlı estrada müğənnisi. == Həyatı == Sevda Yahyayeva 1985-ci il dekabrın 28-də Rusiyanın Amur vilayətinin Konstantinov rayonunda hərbçi ailəsində anadan olmuşdur. Orta təhsilini Azərbaycanın Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə almışdır. Orta təhsil aldığı zaman 1995-ci ildə Qobu 1 saylı musiqi məktəbinin fortepiano bölməsinə daxil olmuşdur. Ali təhsil almaq üçün Azərbaycan Milli Konservatoriyasının solo və xanəndəlik (muğam) fakültəsinə daxil olmuş və hazırda təhsilini davam etdirir. === Şəxsi həyatı === Müğənni 2020-ci ildə Zakir Bayramov adlı şəxslə ailə həyatı qurmuşdur. == Karyerası == 1998-ci ildə ilk dəfə efirə Azərbaycan Televiziyasında yayımlanan "İstedad sorağı" verilişində çıxmışdır. 2002-ci ildə Lalə qızlar ansamblına daxil olmuş və ilk müəlliməsi Azərbaycan Respublikasının xalq artisti Ceyran Haşımova olmuşdur. 2005-ci ildə Azad Azərbaycan telekanalında yayımlanan "Yeni ulduz" müsabiqəsinə qatılmış və müsabiqəni 3-cü yerdə uğurla başa vurmuşdur. 2007-ci ildə ilk bəstəkar mahnısı - sözləri Leyli və musiqisi Pərviz Mahmudova məxsus olan "O zaman" adlı mahnısıyla gündəmə gəlmişdir.
Sevda İbrahimova
Sevda Mirzə qızı İbrahimova (28 noyabr 1939, Bakı – 17 iyul 2022) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2005), professor (1994). == Həyatı == Sevda İbrahimova 1939-cu il noyabrın 28-də anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının piano (prof. M.R.Brennerin sinfi) və bəstəkarlıq (Q. Qarayevin sinfi) fakültələrini bitirib. S.İbrahimova iki operanın, beş fortepiano konsertinin, orqan, tar və orkestr üçün konsertlərin, kantataların, kamera-instrumental və vokal kompozisiyalarının, fortepiano solo üçün çoxsaylı silsilələrin, uşaqlar üçün müxtəlif janrlı əsərlərin, filmlər və tamaşalar üçün musiqilərin müəllifi olmuşdur. Sevda İbrahimova 17 iyul 2022-ci ildə 82 yaşında vəfat etmişdir. Görkəmli tarzən Qurban Primovun nəvəsidir. Görkəmli yazıçı,dramaturq Mirzə İbrahimovun qızıdır. == Əsərləri == Operalar Nənəmin nağılları (opera) (1982) — qədim hind dastanı əsasında, libretto Hikmət Ziyanındır Biri vardı (opera) Vokal əsərləri solistlər və qarışıq tərkibli orkestr üçün "Vətən şəhidləri" kantatası (1990) — M.Dilbazi və M.İbrahimovun sözlərinə səs və piano üçün "Sevirəm" vokal silsiləsi (1997) — H.Ziyanın sözlərinə "Əbədi yurdum" vokal silsiləsi (1999) — B.Vahabzadə, S.Vurğun, M.Araz, M.İbrahim, H.Billuri, N.Həsənzadənin sözlərinə mahnı və romanslar (1990 – 2001) — Nizami, Şəhriyar, S.Vurğun, B.Vahabzadə, M.Araz, H.Ziya, R.Zəka, Y.Həsən, M.Dilbazi, H.Bülluri və b. şairlərin sözlərinə İnstrumental əsərləri Orqan və simli orkestr üçün Konsert (1990) Hoboy və piano üçün "Qəmginlik" pyeslər silsiləsi (1991) Skripka və kamera orkestri üçün musiqi (1992) Piano və kamera orkestri üçün 3 saylı Konsert (1993) 2 piano üçün "Azərbaycan təranələri" pyeslər silsiləsi (1994) "Gənc pianoçuya" pyeslər silsiləsi (1994) Piano üçün pyeslər (1995) 2 piano üçün pyeslər (1996) 2 piano üçün silsilə pyeslər (1997) Tar və simli orkestr üçün "Sənin üçün darıxıram, Şuşam" (1999) Səs, tar və simli orkestr üçün "Qurbansız qalan tarım" Elegiya-xatirə (2000) Piano üçün pyeslər (1999 – 2001) Simli orkestr üçün "Vətən düşüncələri" (2001) == Filmoqrafiya == Əzim Əzimzadə (film, 1967) Yazıçının bir günü (film, 1971) Peşimançılıq (film, 1974) Min bir xəzinə (film, 1976) Nar (film, 1981) Odlu ürək (film, 1981) Bəstəkar Sevda İbrahimova (film) == İstinadlar == == Xarici keçidlər == Nadir Bədəlov.
Sevda Ələkbərzadə
Sevda Ələkbərzadə (4 iyul 1977, Bakı) — Azərbaycan müğənnisi, caz, xalq musiqisi və muğam janrlarında ifa edir. == Həyatı == Sevda Ələkbərzadə 1998-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Musiqili komediya aktyorluğu" fakültəsini bitirmişdir. 1991-ci ildə o, "Aypara" qrupunda ifaçı kimi fəaliyyətə başlamış, bir il "Aypara" qrupunda çalışdıqdan sonra fərdi ifaçılıqla məşğul olmuşdur. 1993-cü ildə RAST qrupunda solist-ifaçı kimi fəaliyyətə başlamışdır. Bu dövrdə "Rast" musiqiçilərinin önəmli yeniliyi ondan ibarət idi ki, milli xalq musiqilərini dünya musiqiləri ilə sintez edərək, dinləyicilərə yeni bir üslub təqdim etmişdilər. S. Ələkbərzadə həmin ildə görkəmli muğam ustası Alim Qasımovdan fərdi muğam dərsləri almışdır. 2001-ci ildə "Rast" qrupunun tərkibindən çıxaraq fərdi ifaçılıq fəaliyyətinə başlayan S. Ələkbərzadə bəstəkar Cəmil Əmirovla birlikdə "Demə ki, sevirəm" adlı ilk layihəsi ilə çıxış etmişdir. Yazıçı Əbülhəsən Ələkbərzadənin nəvəsidir. Müğənni Elmira Ələkbərzadənin bacısıdır. Ailəlidir.